Bazar ertəsi , May 20 2024
azfa

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası üzvləri Urmiya gölü ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı vəkillər Urmiya gölü ilə bağlı bəyanat yayıblar.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvlərinin Urmu gölünün acınacaqlı durumu ilə bağlı yaydıqları bəyanatda bir vaxtlar dünyanın ikinci ən böyük duzlu gölü olan Urmu gölünün ekosistemdəki əhəmiyyəti və iqtisadi faydaları sadalanıb.

Bəyanat müəllifləri vətəndaşlar üçün, xüsusilə azərbaycanlılar üçün həm də misilsiz iqtisadi önəm kəsb edən gölün yox olmaq ərəfəsində olduğu, milyonlarla əhalini ziyanlı duz fırtınaları təhlükəsinin gözlədiyini yazıblar.

“Bundan öncə ekoloqların və ətraf mühit fəallarının təkid və xəbərdarlıqlarına ciddi diqqət yetirilmədiyi üçün hazırda təbii fəlakət yaşanır.

Bundan əvvəlki hökumət Urmu gölünün bərpası qərargahı yaradaraq oraya 5 trilyon tümən vəsait ayrıldığını desə də, bu pulların çoxunun bərpa işlərinə xərclənmədiyi barədə məlumatlar yayılıb.

Hazırda ölgəmiz təbii fəlakətin astanasındadır və hökumətdən təcili larq gölün bərpası, fəlakətin qarşısının alınması üçün əməli addımlar atmasını istəyirik”,- bəyanat müəllifləri qeyd ediblər.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası üzvləri problemin qarşısının alınması üçün hakimiyyətə 9 bəndlik təkliflər veriblər.

Təkliflər arasında gölə axan çayların üzərində bəndlərin tikintisini dayandırmaq, gölün illik su payını vermək, gölün ortasından salınan yolu dəyişdirmək, bölgədə suvarma sistemini odernləşdirmək və başqa vacib məsələlər əks olunub.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …