Cümə axşamı , Oktyabr 15 2026
azfa

Şərqi Azərbaycanda Saypa Şirkətinin işçiləri əmək haqlarının verilməməsi üçün etiraza qalxıblar

GADTB: Şərqi Azərbaycanda Saypa Şirkətinin bir qrup işçisi əmək haqqı və müavinətlərin ödənilməməsinə, ciddi dolanışıq problemlərinə və sosial sığorta vəziyyətində şəffaflığın olmamasına etiraz olaraq tətilə başlayıblar.

Tətil Şərqi Azərbaycanda Saypa Şirkətinin üç aydan artıqdır ki, baş direktoru olmadan fəaliyyət göstərdiyi bir vaxtda baş verib və idarəçilikdəki qeyri-müəyyənlik işçilərin problemlərini artırıb. İdarəetmə böhranı, işçilərin əsas maaşlarına məhəl qoyulmaması və artan iqtisadi təzyiqlər işçilərin etiraz səslərini artırıb.

Fəhlələr gecikmiş əmək haqların dərhal baxılmasını, sığorta vəziyyətinin müəyyənləşdirilməsini və bu istehsalat bölməsində müdiriyyət probleminə son qoyulmasını tələb edirlər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …