Şənbə , Noyabr 27 2021
azfa

Salmasda tanınmış sənətçi və azərbaycanlı fəal Abbas Nikrəvan yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas şəhərindən olan tanınmış musiqiçi və azərbaycanlı fəal Abbas Nikrəvan sentyabrın 5-i, bazar günü İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Azərbaycanlı sənətçinin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə xəbər verilmir.

Abbas Nikrəvan bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.

O, 2018-ci il iyulun 5-də Babək Qalası Qurultayında rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Bununla yanaşı Nikrəvanın xərçəng xəstəliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 2015-ci il 4-6 fevralda Qoşaçayda keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti rejimin məmurlarının basqıları nəticəsində ləğv edilmişdi.

Həmçinin yoxlayın

Daha təhlükəli koronavirusla bağlı Türkiyə də 5 ölkə vətəndaşlarına ölkəyə girişi dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daha təhlükəli koronavirusla bağlı Afrikanın 5 ölkəsindən Türkiyəyə …

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …