
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Anadoludan Qafqaza Qafqazdan Yaxin Şərqə uzanan zəngin torpaq – Güney Azərbaycan” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin vaxtilə müstəmləkəçi dövlətlərin Türk Dünyasını parçalayıb məhv etməyə açalışmaları, onların dövlətlərini yıxıb, ərazilərini işğqal etməyə çalışmaları, Rusiya imperiasının türklərin varlığını inkar etməyə çalışmaları, bu gün İraqda olan türkmənlərin hələ də tapdaq altında olması, irqçi fars-molla rejimin Azərbaycanı işğalda saxlayıb, bütün hüquqlarından məhrum etməsi, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməsi və s. məsələlərdən bəhs etmişdir.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi