
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı və Müsavat Partiyasının başqanı sayın İsa bəy Qəmbər ” Zəngəzur yolunun Güney Azərbaycana və Türk dünyasına geosiyasi təsiri” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy, Mahmudəli bəy və İsa bəy çıxışında həmçinin Zəngəzur dəhlizinin açıəlması yolları, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması zərurəti, molla rejimin Güney Azərbaycanın gec-tez müstəqil olacağını düşünməsi, Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün yox, Güney Azərbaycan və bütün bölgə üçün əhəmiyyətli olması, Azərbaycan türklərinin İran adlanan yerdə əksəriyyət və aparıcı qüvvə olması, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəy, Mahmudəli bət və İsa bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: