
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Azərbaycan Xalq Partiyasının sədri sayın Pənah bəy Hüseyn “Prime TV”-də “Biz necə müstəqil olduq” mövzusunda çıxış ediblər.
“Prime TV”nin hər iki qonağı sayın Əjdər bəy Tağızadə və Pənah bəy Hüseyn həmin proqramda Azərbaycanın xalqının 18 Oktyabrda öz müstəqilliyini yenidən bərpa etməyə qərar verməsi, Azərbaycanın quzeyindən milli hərəkat başalanandan Azərbaycanın güneyinə də yeni ruhun gəlməsi, Azərbaycanın güneyinin dünya güclərinə qurban getməsi və fars şövinizminin həmin güclərin yardımı ilə Güney Azərbaycanı işğal etməsi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və s. məsələlərdən danışmışlar.
Proqramın videosuna buradan baxa bilərsiniz: