Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlı və İsa bəy Qəmbərin “TBA TV“də “Güney Azərbaycan milli hərəkatında ziyalıların yeri ve rolu. Avropa, Türk Birliyini poza bilərmi?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı  və Müsavat Partiyasının başqanı sayın İsa bəy Qəmbər “Güney Azərbaycan milli hərəkatında ziyalıların yeri ve rolu. Avropa, Türk Birliyini poza bilərmi?”   mövzusunda çıxış ediblər.

Sayın Əjdər bəy, Mahmudəli bəy və İsa bəy çıxışında həmçinin bir qrup azərbaycanlınn Azərbaycan ziyalısı adı ilə müraciət ünvanlaması, bunların arasında çox sayda milli hərəkatda olmayan şəxsin olması, bəzi farsçı və irançı şəxslərin də milli fəal kimi  qələmə verilməsi, Avropa Birliyinin Mərkəzi Asiya Türk dövlətləri ilə anlaşmasını türk düşmənçiliyi kimi qələmə vermə cəhdi və türk dövlətlərini yersiz olaraq türk düşmənçiliyində ittiham etmə cəhdlərinin olması, Türk Birliyinin daha möhkəm birlik və həmrəyliyə malik olma zərurəti, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməsi və s. məsələlərdən danışmışdır.

Sayın Əjdər bəy, Mahmudəli bəy və İsa bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …