Cümə , Sentyabr 18 2026
azfa

Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Azərbaycanımızın Güneyi ciddi təhlükə ilə üz-üzə, prosesi kimlər yönəldir, məqsədləri nədir?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı “Azərbaycanımızın Güneyi ciddi təhlükə ilə üz-üzə, prosesi kimlər yönəldir, məqsədləri nədir?” mövzusunda çıxış ediblər.

Sayın Əjdər bəy və Mahmudəli bəy çıxışında həmçinin Güney Azərbaycan Milli Hərəkatının bir sıra medialardan kənarda saxlanılması, hətta bir sıra mafiyaların da anti-Azərbaycan qüvvələrə dəstək olması, bir sıra qüvvələrin kürd terrorçuları ilə müzakirəyə getməsi, Anadili ilə bağlı yazılan təşkilatların ortaq bəyanatında GADTB-nin sırf bəyanatı görüb və yayılmasına dəstək olması və kürd təşkilatın adının olacağından xəbərinin olmaması, GADTB-nin daim Güney Azərbaycana istiqlal istədiyi, Güney Azərbaycanda fəalların Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparması və s. məsələlərdən danışmışlar.

Sayın Əjdər bəy və Mahmudəli bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …