Çərşənbə , Sentyabr 11 2024
azfa

Sayın Mikayil bəy Oyta 30 Avqust – Türkiyənin Zəfər bayramı tədbirində çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində 30 Avqust- Türkiyənin Zəfər Bayramı münasibətilə tədbir keçirilib.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oyta tədbirə dəvətlə qatılaraq çıxış etmişdir.

Sayın Mikayil bəy Oytanın çıxışını təqdim edirik:

Günortanız xeyir, Xanımlar və Cənablar, hörmətli qonaqlar,

Hamınıza,  xoş geldin deyib xüsusilə Türkiyənin Baş Konsulu, hörmətli Ali Sevimə, Şimali Kipr Türk Cümhuriyyətinin Fəxri Konsulu, İlkay Yusuf bəy, Təhsil Ataşesi dosent doktor Cem Gençoğlu, hörmətli Lynda Voltz MP, Məclis üzvü Glen Elmore, Maarif Vəqfi nümayəndəsi cənab Necmi Uzun, Cumberland RSL Sub-Braçdan cənab Greg Read’a təşəkkür edirəm.

Mən Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr üzrə rəhbəri Mikayil  Oytayam.

Biz bu gün burada 30 Avqust, Zəfər Bayramını qeyd etmək üçün toplaşmışıq; bu, Türkiyənin müstəqillik mübarizəsində xüsusi bir anıdır. Bu zəfər sadəcə hərbi bir uğur deyil, həm də Türk millətinin azadlıq və müstəqilliyə olan sevgisinin təcəssümüdür.

Mustafa Kamal Atatürkün rəhbərliyi altında, bu mübarizə dünyaya göstərdi ki, Türk xalqı əsarətə heç vaxt boyun əyməz və öz taleyini özləri müəyyən edər.

Böyük zəfər Türkiyə Cümhuriyyətinin təməllərini qoydu və müstəqilliyə doğru mühüm bir addım oldu.

Bu əhəmiyyətli 102-ci ildönümündə, bizim ən böyük məsuliyyətimiz onların mirasını qorumaq və Türkiyə Cümhuriyyətini inkişaf etdirməkdir. Bu gün Mustafa Kamal Atatürkə demək istəyirəm ki, “Bu gün 55 milyon Azərbaycanlı Türk sizin əsgərinizdir,” və bütün Türk dövlətləri, birlikdə bir ordu olaraq Turanda birləşəcəkdir, həmçinin Şimali Kipr və İranda olan 40 milyon Cənubi Azərbaycan bu birliyə qoşulacaqdır.

Zəfər Bayramınız mübarək olsun!

Ne Mutlu Türkəm Diyene!

Həmçinin yoxlayın

Molla rejimi var gücü ilə Ermənistanı dəstəkləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zəngəzur dəhlizi bəhanəsi ilə var …

Ermənistan yenə Naxçıvanı atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan …