
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliyanın Yeni Güney Uelz (NSW) əyalətinin baş nazirinin dəvəti ilə təşkil etdikləri tədbirdə iştirak edib.
Avstraliyanın Yeni Güney Uelz əyalətinin baş naziri hörmətli Chris Minnis bu gün 19 oktiyabr səhər saat 7:15-də səhər yeməyi təşkil edib. Tədbirə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanı da dəvət etmişdir.
Tədbir çərçivəsində müxtəlif məsələlər, o cümlədən Avstraliya Azərbaycan Assosiasiyası və Azərbaycan icması ilə bağlı məsələlər də müzakirə edilmişdir.
Sayın baş nazirin təşkil etdiyi və Yeni Güney Uelz (NSW) əyalətinin Parlamentinde baş tutan həmin tədbirdə avstraliyalı millət vəkiləri və bəzi icmaların liderləri, eləcə də biznes adamları dəvət olunmuşlar .

