Cümə axşamı , Dekabr 5 2024
azfa

Sayın Mikayil bəy Oyta Beynəlxalq Həmrəylik Qrupunun bayram görüşündə

GADTB: Beynəlxalq Həmrəylik Qrupunun (BHQ) təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlılarla və qrupun xarici ölkələrdəki kordinatorları ilə görüş keçirilib.

İlk olaraq politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Qalib Ağa çıxış edib. O, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər haqqında danışıb.

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü BHQ-nin 2023-cü ildə gördüyü işlərdən, keçirdiyi tədbirlərdən, görüşlərdən, təşkilatlanma fəaliyyətindən söz açıb. O, artıq Qrupun 20-yə yaxın ölkədə kordinatorlarının müəyyənləşdirildiyini söyləyərək, gələn il çalışmaların daha da genişləndiriləcəyini vurğulayıb.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta çıxışında Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam olaraq bərpa etməsindən sonra, Bütöv Azərbaycan uğrunda daha çox çalışmağın vacibliyindən, İranda soydaşlarımıza qarşı edilən haqsızlıqlardan bəhs edib.

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədri Xeyransa Mirzəyeva mədəniyyət sahəsində daha çox işlər görməyin əhəmiyyətindən, təşkilatlarda gənclərin, yeni şəxslərin yetişdirilməsinin vacibliyindən söz açıb.

Kanadanın Lambton Kollecinin professoru, “Paradiqma” elm və mədəniyyət araşdırmalar mərkəzinin təsisçisi və drektoru, dr. Elsevər Səmədov yaşadığı ölkədə azərbaycanlıların təşkilatlanmasından, onların aktiv çalışnalarından ətraflı danışıb.

İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova bayram təbriklərini çatdıraraq, ərəb ölkələrində Azərbaycan diasporunun təşkilatlanmasından söz açıb.

“Rusiya Azərbaycan Qadınları” ictimai təşkilatının sədri Xatirə Qəmbərova rəhbərlik etdiyi təşkilatın layihələrindən, gələn il bu tipli layihələri Həmrəylik Qrupu adından keçirməyin əhəmiyyətindən bəhs edib.

Əməkdar müəllim Aydın Allahverdiyev belə bir görüşünü təşkilinin əhəmiyyətini vurğulayaraq, 2024-cü ildə daha çox işlərin görülməsinin önəmini qeyd edib.

Türkiyənin Antalya şəhərindən toplantıya qatılan ictimai xadim Ceyran Səttarova, Azərbaycan-Fransa Dialoq Dərnəyi başqanı, fəlsəfə doktoru Günel Səfərova, Qazaxıstandan Vətən cəmiyyətinin sədri Ömər Səid bayram təbriklərini çatdırıblar və gələcəkdə görülməsi mümkün olan işlər haqqında təklif və tövsiyyələrini bildiriblər.

Qeyd edək ki, tədbirdə eyni zamanda Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva, Gürcüstanda fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, “Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyi”nin Krım nümayəndəsi Qızqayıt Qədirova da iştirak ediblər.

Sonda Beynəlxalq Həmrəylik Qrupu adından dünya azərbaycanlılarına, o cümlədən beynəlxalq ictimaiyyətə qarşıdan gələn bayramlar münasibətilə təbrik ünvanlanıb.

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …