Cümə axşamı , Aprel 24 2025
azfa

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə mart ayının 15-də Multikultural NSW adından Guildfordda keçirilən 11-ci ICMG Qonşuluq İftarında iştirak edib.

Bu, iman, icma və birlik ruhunu qeyd etdiyimiz möhtəşəm bir axşam idi.

ICMG, müsəlman icmasını dini, sosial və mədəni xidmətlərlə dəstəkləməkdə mühüm rol oynayır, eyni zamanda sosial, mədəni və siyasi təmsilçilik uğrunda çalışaraq insanların həyat şəraitinin yaxşılaşdırılmasına və fundamental hüquqlarının qorunmasına töhfə verir.

Bu xüsusi tədbiri Türkiyənin vitse-konsulu Abdurrahman Murat, Kamberland  Şəhər Şurasının meri Ola Hamed, ICMG Avstraliya prezidenti Ramazan Ötkün və ICMG Gənclik Sydney prezidenti cənab Yasin Çakır və s. qonaqlar iştirak edib.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …