Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyə Cümhuriyyətinin 100 illiyi tədbirinə  qatılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun Avstraliyanın Sidney şəhərində Maarif Məktəbləri Təşkilatının müdiri sayın Nəcmi Uzunun rəsmi dəvəti ilə Cümhuriyyətinin 100 illiyi tədbirinə qatılıblar.

Oktyabr 26-da Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən “Bir Sevdadır Anadolu müzikalı və Altaylardan Cümhuriyyətə Türklərin Tarixi” tədbirinə həmçinin Türkiyənin Avstraliyadakı səfiri hörmətli Ufuk Gezer, Türkiyənin baş konsulu hörmətli Ali Sevim, digər  Türkiyə diplomatları və Yeni Güney Uels (NSW) əyalətinin millət vəkili hörmətli Linda Voltz, NSW əyaletinin Multikultural Nazirliyinin təmsilçisi və bələdiyə başqanı bu tədbirdə iştirak etmişdiler. Tədbirdə hər zamankı kimi Azərbaycan və Türkiyə mahnıları səsləndirilib, və tariximizlə bağlı söhbət aparıldı.  

Tədbir Bankstown District Soprt Clubda baş tutdu.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …