Bazar ertəsi , May 20 2024
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Yaponiya-Türkiyə Dostluq Konsertində- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 29-da Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara Azərsun rəsmi dəvətlə Sidneydə keçirilən Yaponiya-Türkiyə Dostluq Konsertinə qatılıblar.

Konsert 29 apreldə Avstraliyanin Sidney şəhərinin Opera House zalında keçirilib.

Konsert Yaponiya-Türkiyə dostluğunun hələ XIX əsrdən günümüzədək davam edən dostluğuna həsr edilmişdir.

1889 da Ertuğrul gəmisi 12 aydan sonra Yaponiyaya çatıb və Osmanlı hakimindən hədiyyələr və dosluq mesajını çatırmışdı. Friqat Ərtoğrul Yapon sularında üç aylıq qaldığı müddətdə minlərlə yapon gəmisinə konsertlər verib. Nəhayət, geri dönüş üçün hazırlıqlar tamamlandı. Yapon Hərbi Dəniz Qüvvələrinin yola düşdüyü gün tayfun xəbərdarlığına baxmayaraq, Ərtoğrul Friqatı planlaşdırıldığı kimi 15 sentyabr 1890-cı ildə Yokohama limanını tərk etdi. Uçuş zamanı hava şəraiti yaxşı idi, lakin ertəsi gün axşam küləyin güclənməsi ilə gəmi ağır dalğalar altında çətinliklə irəliləyirdi. Fırtına güclənməyə davam etdikcə, gələn dalğalar göyərtə panellərini ön tərəfdən ayırdı. Qazanxanadakı kömür çənlərinə su sızıb. Dörd gün ərzində ekipaj yelkənləri düzəldərək zədələri düzəltməyə çalışdı. Kifayət qədər təkan olmadığı üçün hərəkətsiz qalan gəmi külək və dalğalarla Kuşimoto adasının şərq sahilindəki təhlükəli qayalara doğru sürünməyə başlayıb. Ekipaj qayaların qarşısında gəmini dayandırmağa çalışsa da, buna nail ola bilməyib. 18 sentyabr 1890-cı ildə Ərtoğrul Friqatı qayalara çarparaq batdı. Qəzadan yalnız 69 dənizçi sağ qalıb, gəmi komandiri Mirliva Osman Paşa da daxil olmaqla digər ekipaj həlak oldu.

Həmçinin1985-ci ildə Yapon vetendaşlari İran-İraq savaşında Tehranda yardımsız və bonbların altında canlarını qurtarmağa İran dövləti heç bir yardım etmədi. Ancaq Türkiyənin bir neçə təyyarəsi bombların altında çox pis şərayitdə Tehrana enip ve 250 nəfəri təhlükədən qurtardı. Bu iki millətin ən gözəl birliyi və dostluğunun göstəricisidir.

Həmin günlərin xatirəsi bu konsertdə opera şəkilində nümayiş etdirildi. Bu konsert Yaponiya, Türkiyə və Avstraliyanın yardımı ilə baş tudu.

Konsertə Avstraliya, Türkiyə və Yaponiya dövlət adamları və icmaların başqanları dəvət olunmuşdular.

Konsertdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …