Çərşənbə , Fevral 21 2024
azfa

Sayın Mikayil bəy Oytadan 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təbriki

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti Azərbaycan Prezidenti və Azərbaycan millətinə təbrik məktubu ünvanlayıb.

Sayın Mikayil bəy Oytanın təbrik məktubunu təqdim edirik:

“31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü münasibətilə Azərbaycan Prezidenti və dünyada yaşayan 55 milyon Azərbaycan millətini təbrik edirəm!

30 ildən artıq işğalda qalmış ərazilərimizdə erməni silahlı terrorçuları və separatçılara qarşı 24 saatlıq anti-terror tədbirləri nəticəsində Xankəndi və digər şəhərlərimiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyindəki qəhrəman Azərbaycan Ordusu tərəfindən dünyanın gözü qarşısında heç bir sivil şəxsə ziyan vermədən azad edildi. Bununla millətimizin 32 illik həsrətinə, Xanın şəhərinin əsarətdə qalmasına son qoyuldu. Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tamamilə bərpa etdi. Azərbaycan bir daha dünyaya öz siyasi və hərbi gücünü, beynəlxalq qanunlara sədaqətini və milli mənafeyini müdafiə etməkdə güclü iradəsini göstərdi. Azərbaycanın uğurlarının davamında Ermənistanla daimi sülhün əldə edilməsilə Zəngəzur dəhlizinin açılması və Azərbaycanın əsas hissəsinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşməsini arzulayırıq.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin hər zaman vurğuladığı kimi, müstəqil Azərbaycan 50 milyon parçalanmış Azərbaycan millətinin  hüquqi dövlətidir. Hər bir azərbaycanlı üç rəngli bayrağımızın altında mutlu yaşayıb, Azərbaycanın uğurlarına sevinir.

31 Dekabr Dünya Azərbaycanlılarının Hemreyliyi Günü münasibətilə Azərbaycan Prezidenti və dünyanın dörd bir tərəfində yaşayan 55 milyon azərbaycanlını ürəkdən təbrik edirəm. Böyük millətimizə və Prezidentimizə yeni-yeni uğurlar, sağlıq, uzun ömür, şadlıq, firavanlıq, eləcə də dövlətimizə və qəhrəman Ordumuza yeni qələbə arzu edirəm. Dünya Azərbaycanlılarına sülh, barış və firavanlıq, bütün şəhidlərimizə Allahdab rəhmet diləyirəm.

31 Dekabr Həmrəyliyk Günününüz mübarək!”

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …