Cümə , Yanvar 3 2025
azfa

Sayın Mikayil bəy Oytadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Sayın Mikayil bəy Oytanın təbrik məktubunu təqdim edirik:

Hörmətli cənab Prezident! Sizi Avstraliya-Azərbaycan Assosiasiyası və Avstraliyada yaşayan Azərbaycan icması adından müstəqil Azərbaycanımızın Prezidenti vəzifəsinə seçilməyinizin 20-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası siyasi, iqtisadi, hərbi və s. sahələrdə sürətli inkişaf edərək, regionun lider ölkəsinə çevrilmişdir. Sizin ölkədə həyata keçirdiyiniz islahatlar öz nəticəsini vermiş və əhalinin rifah səviyyəsi arzuolunan səviyyəyə yüksəlmişdir.

Apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan regionun güclü ölkəsinə çevrilmiş və ərazi bütövlüyünü bərpa etmişdir. Sizin rəhbərliyiniz altında cəsur Azərbaycan Ordusu erməni işğalçılarını qədim və tarixi torpaqlarımızdan qovaraq, 30 ilə yaxın icra edilməyən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini tək başına icra etmişdir. Artıq Sizin sayənizdə Azərbaycan bayrağı Şuşada, Xankəndidə və bütün Azərbaycan ərazilərində dalğalanır. Bu tarixi nailiyyət müstəqil Azərbaycanımızın nüfuzunu bütün dünyada daha da artırmışdır. Bu tarixi uğurlar sözsüz ki, Sizin ölkəmizə 20 illik rəhbərliyiniz nəticəsində baş vermişdir. Sizin müstəqil Azərbaycanımıza rəhbərliyiniz nəticəsində ölkəmizin uğurlarının qat-qat artacağına inanırıq. Bu uğurlar bütün düyada yaşayan 55 milyon azərbaycanlıları sevindirir.

Sizi bütün dünya azərbaycanlılarının Prezidenti kimi Azərbaycana rəhbərliyinizin 20-ci ildönümü münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və uğurlu siyasətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Mikayil Oyta,

Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti

Avstraliya, Sidney şəhəri.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İrana növbəti ağır zərbə-Bu ərazi bombardman edildi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …