Çərşənbə axşamı , Mart 10 2026
azfa

Sayın Mikayil bəy Oytanın Cənubi Azərbaycan türklərinin varlığı və hüquqların tanınması zərurəti barədə Avstraliya Xarici işlər naziri Penny Wong-a məktubu- Şəkil

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güne Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta İran adlanan ölkənin əsarəti altında Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin dünya səviyyəsində hüquqlarının tanınması zərurəti barədə Avstraliya Xarici işlər naziri Penny Wong-a məktubla müraciət edib.

Sayın Mikayil bəyin məktubunun tərcüməsini və ingiliscə mətnini təqdim edirik:

“Cənubi Azərbaycan Demokratik Türk Birliyi (GADTB) adından Sizi və Avstraliya hökumətini İranın İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması barədə son qərarla əlaqədar təbrik etmək istəyirəm. Bu addım beynəlxalq sülhə və insan hüquqlarının qorunmasına güclü sadiqliyin nümayişidir.

Bu gün İran adlanan ölkə tarixən müxtəlif dövlətlərin məcmusundan ibarət olmuşdur. Onların arasında Qacar sülaləsinin hakimiyyəti altında olan və Ərəb Əhvazı, Bəlucistan, Azərbaycan, Farsistan və Kürdistan kimi bölgələri əhatə edən dövlətlər də vardı. Bir əsrdən artıq əvvəl xarici təsirin dəstəyi ilə Pəhləvi sülaləsi bu bölgələri zorla birləşdirərək onları “İran” adı altında topladı. O vaxtdan bəri bir çox qeyri-fars xalqları sistemli assimilyasiya siyasəti ilə üzləşmiş, bunun nəticəsində onların dillərinə, mədəniyyətlərinə, iqtisadiyyatlarına, ətraf mühitlərinə və yerli idarəetmələrinə ciddi təsirlər olmuşdur.

Avstraliyada yaşayan Cənubi azərbaycanlılar və Azərbaycan diasporunun üzvləri olaraq, təşkilatımız – Cənubi Azərbaycan Demokratik Türk Birliyi (GADTB) – Avstraliyanın multikultural çərçivəsi daxilində tanınmış bir qurumdur. Biz İranda yaşayan təxminən 40 milyon insan üçün öz müqəddəratını dinc şəkildə təyin etmək və hüquqularının bərpasını müdafiə edən fəalları təmsil edirik. İnanırıq ki, artıq Cənubi azərbaycanlıların və digər kənarda qalmış xalqların öz siyasi gələcəklərini və mədəni kimliklərini formalaşdırmaq prosesində söz sahibi olmalarının vaxtı çatmışdır. Onların hüquqlarının tanınması həqiqi sülhün qurulmasına və qarşılıqlı hörmət və azadlıq prinsiplərinə əsaslanan konstruktiv beynəlxalq münasibətlərin inkişafına kömək edə bilər.

Biz Avstraliya hökumətini bölgədə insan hüquqlarını, bərabərliyi və öz müqəddəratını dinc şəkildə təyin etmək təşəbbüslərini izləməyə və dəstəkləməyə davam etməyə hörmətlə təşviq edirik.

Bu mühüm məsələlərə diqqət yetirdiyiniz və onları nəzərə aldığınız üçün təşəkkür edirik.

Hörmətlə,

Mikayil Oyta

Azərbaycan Demokratik Türk Birliyinin (GADTB)

Beynəlxalq Əlaqələr üzrə sədri”

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …