
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramı keçirilib.
Tədbirə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da qatılıblar.
Sidney şəhərində keçirilən tədbirə Türkiyənin baş konsulu sayın Bəlgin xanım Ərgünəş, Avstraliya dövlətinin Multikultural təmsilçisi ve Avstraliya ordu generalı, Galapoly Dostluq başkanı Deniz More ve KKTC-nin Sidneydəki fəxri konsulu sayın İlkay Yusuf və Musiad prezidenti NSW əyalətinin başqanı Hakan Evecek, eləcə də Tatarıstan və Bosni Herzegovina dərnəklərinin başqanları və s. iştirak etmişlər.
Tədbirdən video və şəkilləri təqdim edirik:
https://www.youtube.com/shorts/LWL-SVLZMUw
https://www.youtube.com/shorts/C8o60Rqiycg


