Cümə , Oktyabr 16 2026
azfa

Sayın Mikayil bəy Oyta Avstraliya dövlətinə Güney Azərbaycan həqiqətlərilə bağlı məktubla müraciət etdi-Məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliya dairələrində yanlış təbliğat nəticəsində İran adlanan yerdə Azərbaycan Türk Millətinin mövcudluğunun inkar edilməsinə toxunaraq, Avstraliya dövlətinə rəsmi məktubla müraciət edib və İran adlanan ölkədə 40 milyon Azərbaycan türkünün olması və onların hüquqlarının nəzərə alınmalı olduğubu xatırladıb.

Sayın Mikayil bəy məktubunda İran adlanan yerdə Azərbaycan türklərinin öz yurdlarında öz dillərində təhsil hüququndan məhrum edildiyi və ayrı-seçkiliyə məruz qaldığını diqqətə çatdırıb.

Məktubda həmçinin Azərbaycan türkləri də daxil olmaqla qeyri-farsların bütün hüquqlarından məhrum edilməsi, İran adlanan yerdə molla rejiminə qarşı etirazların keçirilməsi və həmin etirazların zorakılıqla yatırılması, qadınların hüququnun tapdanması  və s. məsələlər qeyd edilib.

Məktubun ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …