Sayın Mikayil bəy Oyta İran adlanan yerdə etirazlarla bağlı Antoniu Quterreşə məktub ünvanladı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta İranda 2 aydan artıqdır insan haqları və s. məsələlərlə bağlı davam edən etirazlar, molla rejiminin dinc etirazçıları qətliam etməsi, çox sayda uşağı güllələməsi, dinc etirazçıları edam etməyə cəhd göstərməsi, Güney Azərbaycanda çox sayda dinc etirazçını qətlə yetirməsi, tutuması və hətta Milad Azmun adlı azərbaycanlı gənci edama məhkum etməsi və s. məsələlərlər bağlı BMT baş katibi Antoniu Quterreşə məktubla müraciət edib.

Sayın Mikayil bəy Oyta məktubunda həmçinin molla rejiminin azərbaycanlı qız Hədis Nəcəfini dinc etiraz aksiyasına qatıldığı üçün 6 güllə ilə qətlə yetirməsi, molla rejiminin İran adlanan yerdə qeyri-fars millətlər, o cümlədən İran adlanan yerdə ən böyük qeyri-fars millət olan 40 milyon Azərbaycan türkünü ciddi basqıya məruz qoyması, Azərbaycan türklərinin öz hüquqlarını bərpa etmələri üçün Güney Azərbaycanın müstəqil olmasını istəmələri və s. məsələlərdən yazmışdır.

Sayın Mikayil bəyin məktubunun tam mətnini ingilis dilində aşağıda oxuya bilərsiniz:

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …