Sayın Mikayil bəy Oyta Tasmaniyada uydurma erməni soyqırımı debatında uydurma fikirlərlə bağlı Tasmaniya Assambleyası spikeri Mark Şeltona etiraz məktubu göndərib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Tasmaniyada uydurma erməni soyqırımı debatında Azərbaycan həqiqətləri ilə bağlı uydurma fikirlərin səslənməsinə görəTasmaniya Assambleyasının spikeri Mark Şeltona məktubla müraciət edib.

Sayın Mikayil bəy məktubunun bir hissəsində yazır:

Mən Tasmaniyada erməni soyqırımının tanınması debatı zamanı, xüsusilə də Azərbaycanın guya Qarabağın blokadaya almasına dair son bəyanatlarla bağlı narahatlığımı bildirmək üçün yazıram. Xüsusilə Avstraliyanın Qarabağın Azərbaycanın suveren torpaqları kimi tanınması ilə bağlı federal mövqeyi fonunda erməni tərəfinin yaydığı qərəzli və çaşdırıcı rəvayətlərə münasibət bildirmək vacibdir.

Cassy O’Connor və digər natiqlərin debat zamanı verdiyi bəyanatlar həqiqətə tam etinasızlıq nümayiş etdirdi və mövcud vəziyyətlə bağlı birtərəfli və əsassız açıqlamanı davam etdirdi. O’Konnorun Azərbaycanın tətbiq etdiyi “blokada” ilə bağlı iddiaları yalandır və yerdəki mürəkkəb reallığı əks etdirmir.

Bu yaxınlarda Qarabağda Rusiya sülhməramlılarının, ermənilərin və iranlıların Azərbaycan ərazilərinə qanunsuz soxularaq, qızıl və mis kimi qiymətli təbii sərvətləri, xüsusən də Qızılbulaq qızıl və Dəmirli mis-molibden mədənlərində qeyri-qanuni yolla istehsal adı altında talan etmək məqsədilə əlbir olduqları müəyyən edilib. Bundan başqa, Rusiyanın Ermənistanı qeyri-qanuni silahlarla təmin etdiyi, yük maşınlarının Qarabağdan qeyri-qanuni silah daşıdığı müəyyən edilib ki, bu da regionda qeyri-sabitliyi daha da gücləndirir. Bunun əksinə olaraq, Azərbaycan icazəsiz müdaxilənin və resursların oğurlanmasının qarşısını almaq üçün nəzarət-buraxılış məntəqələri tətbiq etməklə vəziyyəti idarə etmək üçün ölçülüb-biçilmiş addımlar atıb.

Sayın Mikayil bəyin məktubunun ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Ərdəbil əyalətinin Xiyav şəhərində Durna ekoturizm mərkəzi hökumət tərəfindən bağlanıb

GADTB: Ərdəbil əyalətinin Xiyav şəhərində Durna ekoturizm mərkəzi hökumət tərəfindən bağlanıb . Mərkəzin qapısındakı bildirişdə …

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …