Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun iştirakı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi festivalı keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti,  Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun iştirakı, Avstraliya Azərbaycan Assosiasiyası və bir neçə Türk Assosiasiyasının təşkilatçılığı və Avstraliya dövlətinin himayəsi ilə Sidneydə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə möhtəşəm festival keçirilib.

Avstraliya Azərbaycan Assosiasiyası ayrıca çadır və stend, eləcə də Türkiyə və Azərbaycan bayraqları ilə festivalda iştirak edib.

Oktyabrın 29-da Avstraliyanın Yeni Güney Uelz (NSW) əyalətində keçirilən möhtəşəm festivala 7 ay hazırlıq görülüb və böyük parkda keçirildiyi üçün bir neçə min nəfər qatıla bilib.

Festivala Avstraliyanın Yeni Güney Uelz (NSW) əyalətinin rəsmiləri, o cümlədən Multikultural Nazirliyinin təmsilçisi, həmin əyalətin millət vəkilləri, Bələdiyya başqanı, Türkiyənin böyük elçisi sayın Ufuk Gəzər, Türkiyənin həmin əyalətdə baş konsulu Ali Sevim, Azərbaycanın Avstraliyada təmsilçisi dr. Vaqif Cəfərov və s. rəsmilər qatəılmışlar.

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Urmiya gölünün suyu azalmağa başlayıb

GADTB: Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib ki, hazırda Urmiya …

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi …