Şənbə , İyul 18 2026
azfa

Sayın Mikayil bəy Oytadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Müqəddəs Qarabağ torpağının işğaldan azad olunması zəfərinin beşinci ilində, Sizi doğum gününüz münasibətilə, Avstraliyada yaşayan azərbaycanlılar adından, Avstraliya Azərbaycan Assosiasiyası olaraq səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası müstəqil, güclü və nüfuzlu dövlət kimi beynəlxalq aləmdə layiqli yerini möhkəmləndirmiş, milli maraqlarını qətiyyətlə qoruyan, gələcəyə inamla addımlayan bir ölkəyə çevrilmişdir. Dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi və Azərbaycan diasporunun dünya miqyasında birliyinin güclənməsi istiqamətində göstərdiyiniz ardıcıl fəaliyyət yüksək dəyərləndirilir.

Eyni zamanda, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan 55 milyon azərbaycanlının milli kimlik, mədəniyyət və dövlətçilik idealları ətrafında birliyini ifadə edir. Diaspor təşkilatlarının güclənməsi və ana vətənlə əlaqələrinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasəti bizlər üçün xüsusi qürur mənbəyidir.

Avstraliyada yaşayan azərbaycanlılar olaraq, Azərbaycan Respublikasının inkişafı, beynəlxalq nüfuzunun artması və xalqımızın həmrəyliyi naminə atılan hər bir addımı dəstəklədiyimizi bildirir, sizə ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına və dövlətinə xidmət yolunda yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Mikayil Oyta

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti (AAA)

Həmçinin yoxlayın

Molla rejimi bütün öhdəliklərini ABŞ ilə imzalanmış memorandum çərçivəsində dayandırdığını açıqlayıb

GADTB: İran xarici işlər nazirinin müavini ABŞ-ı İranla imzalanmış memorandum üzrə öhdəliklərini pozmaqda ittiham edərək …

İranın hücumları müharibə cinayətidir

GADTB: Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd Əl-Bədəvi İranın Bəhreyn, Küveyt və İordaniyada …