Cümə axşamı , Mart 28 2024
azfa

Sayın Mikayil bəy Oytanın Ermənistanın demokratik dəyərlərə zidd siyasətinin ifşasına dair məktubları Azərbaycan mətbuatında yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Ermənistanın dünyada dağıdıcı siyasət yeritməsi, BMT-nin İranda insan haqlarının pozulması ilə bağlı Qətnaməsinin əleyhinə səs verməsi, ümumiyyətlə cinayətkar dövlətlər olan İran və Rusiyanı beynəlxalq səviyyədə dəstəkləməsi, Azərbaycana qarşı işğalçılıq siyasətinə davam etməsi barədə Avstraliya rəsmilərinə məktubla müraciət etmişdi. Həmin məktubkar Azərbaycan Azərtac və Diaspora Komitəsinin saytlarında da əks etdirilmişdi. Azərtac bununla bağlı yazıb:

Avstraliyadakı diaspor təşkilatımız dövlət qurumlarının diqqətini Ermənistanın demokratik dəyərlərə zidd siyasətinə yönəldib

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin dövlət qurumlarının diqqətini Ermənistan hökumətinin dünyanın demokratik dəyərlərinə zidd siyasət yürütməsinə cəlb etmək məqsədilə Senata və Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu barədə AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbirinə AAA-nın rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mikayıl Oyta məlumat verib. Bildirib ki, xarici işlər naziri Penni Vonqa və senator Saymon Birmingemə ünvanlanan məktublarda BMT və AŞPA kimi mötəbər beynəlxalq təşkilatların Ukrayna və İrana dair qərarları ilə bağlı Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın milli maraqları və qlobal dünyanın beynəlxalq nizamı ilə ziddiyyət təşkil edir.

Məktublarda qeyd edilib ki, Ermənistan 30 ilə yaxın bir dövrdə Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozaraq beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, azərbaycanlılara qarşı amansız etnik təmizləmə siyasəti apararaq, soydaşlarımızı öz doğma torpaqlarından didərgin salıb.

Ermənistanın 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarının qeyd-şərtsiz və dərhal azad olunmasına dair BMT-nin dörd qətnaməsinə məhəl qoymadığı, Azərbaycanın dinc danışıqlar yolu ilə işğalçının ərazilərimizdən çıxmasını səbirlə gözlədiyi, lakin Ermənistan hərbi-siyasi rəhbərliyinin 2020-ci il sentyabrın 27-də başladığı genişmiqyaslı hücumun Azərbaycan xalqının səbir kasasını daşırdığı, rəsmi Bakının bu hərbi təxribata 44 günlük əks-hücumla cavab verdiyi və təkbaşına öz ərazi bütövlüyünü bərpa etdiyi bir daha diqqətə çatdırılıb.

Hazırda Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsində sülh və normallaşma prosesinin bərqərar olması naminə ciddi səylər göstərdiyi, Ermənistanın isə sülh danışıqlarından yayındığı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində kütləvi şəkildə basdırdığı mina təhlükəsi səbəbindən torpaqlarımızın azad edilməsindən sonra belə məcburi köçkün olan soydaşlarımızın indiyədək xarabazarlığa çevrilmiş doğma yurdlarına qayıda bilmədiyi vurğulanıb.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …