Cümə axşamı , İyul 16 2026
azfa

Sayın Mikayil bəy Oytanın Sidneydə keçirilən 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramı keçirilib.

Tədbirə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta qatılıb və tədbirdə çıxış edib.

Sayın Mikayil bəyin tədbirdə çıxışını təqdim edirik:

Axşamınız xeyir.

Dəyərli qonaqlar, əziz gənclər, hörmətli dostlar!

Bu mənalı dəvətə görə Birinci Mehmet Evin bəyə və Türk Öz Dərnəyinə təşəkkürümü bildirirəm.

Bu gün burada — 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə bir araya gəlməkdən böyük qürur duyuram. 19 may 1919-cu il yalnız bir tarix deyil; bir millətin yenidən dirçəlişinin, istiqlal iradəsinin və gəncliyə bəslənən sonsuz inamın simvoludur.

Ulu öndərimiz Qazi Mustafa Kamal Atatürkün Samsuna çıxaraq başlatdığı o böyük yürüş, əslində ümidin və qətiyyətin heç vaxt məğlub olmayacağını bütün dünyaya göstərmişdir. Atatürkün “Bütün ümidim gənclikdədir” sözü gənclərə həvalə olunmuş ən böyük məsuliyyətlərdən biridir.

Bizlər — 55 milyonluq Güneyli və Quzeyli Vahid Azərbaycan Türkləri olaraq bu ruhu çox yaxşı anlayan bir millətin övladlarıyıq. Çünki bizim tariximiz də istiqlal mübarizəsi, birlik və qardaşlıq üzərində qurulmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” anlayışı da bu ortaq ruhun ən güclü ifadəsidir.

Bu gün gənclərin üzərinə düşən vəzifə yalnız keçmişi anmaq deyil, eyni zamanda gələcəyi daha güclü, daha ədalətli və daha şüurlu şəkildə qurmaqdır. İdman, təhsil, elm və mədəniyyət vasitəsilə özümüzü inkişaf etdirərək həm ölkələrimizə, həm də bəşəriyyətə töhfə vermək bizim ən böyük məsuliyyətimizdir.

Bu əlamətdar gündə başda Qazi Mustafa Kamal Atatürk olmaqla bütün milli mübarizə qəhrəmanlarını hörmət, rəhmət və minnətdarlıqla yad edirəm. Gəncliyin enerjisinin və ümidinin heç zaman tükənməməsini arzulayıram.

Hamınıza təşəkkür edir, bayramınızı ən səmimi arzularımla təbrik edirəm.

Yaşasın Türk dövlətləri!

Yaşasın Turan!

Video:

https://t.me/GADTB1/53135

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …