Şənbə , Avqust 22 2026
azfa

Sayın Mikayil bəy Oytanın Türkiyədəki terror aktını pisləməsilə bağlı məktubu mətbuatda geniş yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycanlıları Assosiasiyası prezidenti sayın Mikayil bəy Oytanın Türkiyədəki terror aktını pisləməsilə bağlı məktubu Azərbaycan mətbuatında geniş yayılıb. AZƏRTAC və disapora komitəsinin saytları və s. saytlar sayın Mikayil bəyin məktubunu əks etdirib.

Bununla bağlı AZƏRTAC-ın dərc etdiyi xəbəri təqdim edirik:

 Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) İstanbulda törədilmiş terror aktı ilə bağlı Türkiyə dövlətinə və türk xalqına dərin hüznlə başsağlığı verib.

Bu barədə AZƏRTAC-a AAA-nın sədri Mikayıl Oyta məlumat verib. Terror aktı ilə əlaqədar Türkiyənin Avstraliyadakı səfiri Korhan Karakoça diaspor təşkilatı tərəfindən başsağlığı məktubu göndərildiyini bildirən M.Oyta Avstraliyada yaşayan azərbaycanlıların bu dəhşətli hadisədən çox sarsıldaqlarını diqqətə çatdırıb.

Məktubda deyilir: “Terror aktı nəticəsində yaralananların tezliklə sağalacağına ümid edirik. Biz dərin sarsıntı içərisindəyik və çoxlu sayda insanın ailəsi, dostları ilə birlikdə həftəsonu xoş vaxt keçirdikləri məşhur İstiqlal küçəsində terror hücumuna məruz qalmasını şiddətlə qınayırıq. Bu terror aktı bizim sivilizasiyaya və dəyərlərimizə hücum deməkdir. Bunu qətiyyətlə pisləyirik. Allah böyük Türkiyəni və türk xalqını qorusun!”.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …