Bazar , Oktyabr 18 2026
azfa

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta bir çox dövlət rəsimisi və Azərbaycanla Türkiyənin Avstraliyada nümayəndəlikləri ilə birgə Avstraliya İslam Birliyi Federasiyasının rəsmi dəvəti ilə Avstraliya İslam Birliyi Federasiyasının keçirdiyi tədbirə qatılıb.

2022-ci il oktyabrın 1-də keçirilən tədbirdə avstraliyalı siyasətçi və keçmiş Mühacirət naziri Filip Roduk, Yeni Güney Uelz (NSW) əyalətinin Multikultur naziri Mark Küre, Yeni Güney Uelzdən millət vəkili Lynda Voltz, eləcə də başqa nazir və millət vəkilləri qatılmışlar.

Tədbirə həmçinin Türkiyənin Sidneydəki baş konsulu sayın Ali Sevim, Azərbaycan Avstraliyadakı təmsilçisi hörmətli Ramil Qurbanov, Rusiyanın Avstraliyadakı səfiri Aleksey Pavlovsky və digər siyasətçilər və nümayəndəliklər qatılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …