Cümə axşamı , Oktyabr 1 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Qazı Mustafa Kamal Atatürkün anım mərasiminə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti,  Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun rəsmi dəvətlə Qazı Mustafa Kamal Atatürkün anım mərasiminə qatılıblar.

Noyabrın 10-da Avstraliyanın Sidney şəhərində keçirilən həmin tədbir ATMA təşkilatı və Sidney Türk Assosiasiyası tərəfindən təşkil olunmuşdur.

Tədbirdə həmçinin Türkiyənin Yeni Güney Uelz (NSW) əyalətindəki Baş konsulu hörmətli Ali Sevim, Eyitim və kültür ateşesi dr. Cem Gençoğlu ve Yeni Güney Uelz (NSW) əyalətinin Multikultural Nazirliyinin təmsilçisi və s. qonaqlar iştirak edərək çıxış ediblər.

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …