Bazar , Oktyabr 18 2026
azfa

Sayın Mikayil Oyta Ermənistan ordusunun sentyabrın 12-də törətdiyi təxribat hücumları ilə bağlı Avstraliya xarici işlər nazirinə müraciət etdi

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Ermənistan ordusunun sentyabrın 12-də törətdiyi genişmiqyaslı  təxribat hücumları ilə bağlı Avstraliyanın xarici işlər naziri sayın Penny Wong-a rəsmi məktubla müraciət edib.

Sayın Mikayil bəy Oyta hörmətli Penny Wong-a məktubunda Avstraliya Azərbaycan Assosiasiyası adından rəsmi İrəvanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vurduğu növbəti zərbədən dərin narahatlığını bildirirərək, məktubunda beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün bu dövlətə qarçı təzyiqi gücləndirməyi tələb edib.

Sayın Mikayil Oyta 2022-ci il sentyabrın 12-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın sərhəd ərazilərini minalayaraq, hücumlar həyata keçirməsi nəticəsində Azərbaycan əsgərlərinin həyatının itirməsinə toxunaraq, beynəlxalq ictimaiyyətdən Ermənistanın revanşist qüvvələrinin hücumlarının dayandırılması üçün səy göstərməsini istəyib.

Sayın Mikayil bəy Oytanın bununla bağlı Avstraliyanın xarici işlər naziri sayın Penny Wong-a məktubunun ingiliscə tam mətninin təqdim edirik:

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …