Cümə axşamı , Aprel 15 2021
azfa

Sayın Mikayil Oyta və sayın Sara xanım Azərsun Avstraliyada Çanaqqala zəfərininin 106-cı ildönümü mərasimində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mart ayının 18-də Avstraliyanın Sidney şəhərində Çanaqqala zəfərininin 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirə GADTB Beynəxlaq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta, eləcə də GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun dəvət edilmişlər.

Türkiyənin Sidneydəki konsulluğu tərəfindən keçirilən mərasimdə Avstraliya-Azərbaycan Assosasiyası tərəfindən sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən isə sayın Sara xanım Azərsun iştirak ediblər.

Qeyd edək ki, Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi. İngiltərə və Fransanın Birləşmiş Dəniz Donanması ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi.

Şəkildə Türkiye Baş konsulu sayın Əli Sevimlə həyat yoldaşı, eləcə də sayın Mikayil Oyta və Sara xanım Azərsun

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …