Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsunun müraciətindən sonra Avstraliya xarici işlər naziri İranda insan haqlarının pozulmasını pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sayın Mikayil Oyta və Sara xanım Azərsunun GADTB və Avstraliya Azərbaycan Assosasiyasi tərəfindən Avstraliya xarici işlər naziri Peni Vang-a müraciətlərindən sonra Avstraliya xarici işlər nazirliyi molla rejimin başqa xalqların və qadınların hüquqlarını pozmasını pislədi.

Avstraliyanın xarici işlər naziri Peni Vang iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında Tehran rejiminin insan haqları pozuntularını, etirazçılara qarşı repressiyalarını, qadın və azlıqlara qarşı təzyiqlərini pisləyib.

Bu barədə Avstraliya XİN başçısı özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

O, bununla yanaşı İran XİN başçısına Tehran hökumətinin başqa ölkələrin daxili işlərinə qarşışması barədə də xəbərdarlıq etdiyini yazıb.

“Kanbra Tehran hökumətinin ikili vətəndaşlığı olan avstraliyalı-iranlı məhkumlara qarşı təzyiqlərinə göz yummayacaq”,- Vang qeyd edib.

Qeyd edək ki, sayın Mikayil Oyta və Sara xanım Azərsun Avstraliya xarici işlər naziri Peni Vang-a müraciət edərək, İran rejiminin İranda və Gümey Azərbaycanda insan haqlarını pozan İran rejimini pisləməsini istəmişdilər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …