
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycanın yeni qələbəsi münasibətilə Azərbaycan prezidenti və Azərbaycan millətinə təbrik mesajı ünvanlayıb.
Sayın Mikayil bəy təbrik mesajında yazıb:
Azərbaycan yeni qələbən mübarək!
Qəhrəman Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçulara qarşı anti-terror əməliyyatında möhtəşəm qələbə qazandı. Artıq erməni terrorçu dəstələri Azərbaycan Ordusuna təslim olub. Bu qələbə 50 milyonluq Azərbaycan millətini ürəkdən sevindirdi.
Müzəffər Ali Baş Komandan Dəmir Yumruqla erməni terrorçularını Azərbaycan ərazilərindən təmizləməklə ölkəmizin ərazi bütövlüyünü möhkəmləndirib, regionda əmin-amanlığı, sabitlik və təhlükəsizliyi bərqərar etdi. Bu qələbənin təkcə Azərbaycana deyil, bütün bölgəyə sabitlik, rifah və inkişaf gətirəcəyi kimsəyə sirr deyil.
Azərbaycanın bu möhtəşəm qələbəsi münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan dövlətini, o taylı-bu taylı Azərbaycan millətini və dünya türklərini ürəkdən təbrik edirəm.
Mikayil Oyta
Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti