Cümə , Aprel 26 2024
azfa

Sayın Mikayıl Oytadan erməni baş nazirin Quzey Kıbrıs Türk Cümhuriyyətinə qarşı bəyanatına etiraz məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyası prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayıl bəy Oyta Avstraliyanın Yeni Güney Uelz (NSW) əyalətinin erməni əsilli baş naziri Gladys Berejiklyanın üzdəniraq “Kipirə ədalət” adı altında yaydığı qərəzli bəyanata etiraz məktubu ünvanlayıb.

Erməni baş nazirin qərəzli bəyanatı  ‘Greek Herald’ və ‘Neo Kosmos’ daxil olmaqla media orqanları tərəfindən yayınlanıb.

Türkiyə və Azərbaycana qarşı düşmən mövqedə olan Berejiklyan Azərbaycanın Qarabağ bölgəsini də “arsax” adı ilə tanıtmağa və tarixi həqiqətləri təhrif etməyə çalışır.

Sayın Mikayil bəy Oyta bir sıra dövlət orqanlarına ünvanladığı məktubda Berejiklyanın bəyanatının qərəzli olduğu, onun Kıbrısın soyqırım və zülmə məruz qalan türk millətinə qarşı düşmən mövqeyi sərgiləndiyi ifşa edilib. Həmçinin məktubda bildirilir ki, 1974 -cü ildə Türkiyənin apardığı sülh əməliyyatı öncəsi Yunanıstanın Kıbrısda apardığı “Enozis” hadisələrində yüzlərlə türk öldürüldü. Bu soyqırımdan sağ qalan təxminən 60.000 Kıbrıslı Türk yurdundan didərgin düşdü. Bu köçkün türklərin bir çoxu Avstraliyaya köçdü və Sidneydə məskunlaşdı. Hazırda Avstraliyada 120.000 Kıbrıs Türkünün yaşadığı təxmin edilir – baş nazirin bəyanatı isə onların varlığına məhəl qoymur. Bu kimi açıqlamalar ən yaxşı halda lazımsızdır, ən pis halda nəsillərin travmalarını geri qaytarır. Bir hökumət başçısının öz qərəzlərini NSW vətəndaşlarının mənafelərindən üstün tutması və NSW icması içərisində azlıq qruplarının üzvlərini qəsdən uzaqlaşdırması dəhşətlidir…

Məktubun tam mətninin ingiliscəsi:

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …