Cümə axşamı , Aprel 18 2024
azfa

Sayın Mikayil Oytanın Şuşada Zəfər Qurultayı ilə bağlı Azərbaycan Prezidentinə təşəkkür məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oyta Şuşada Zəfər Qurultayının keçirilməsi və özünün də ora dəvət edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təşəkkür məktubu ünvanlayıb:

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev,

21-25 aprel 2022-ci il tarixlərində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına məni dəvət etdiyiniz üçün şəxsən öz adımdan və Avstraliya-Azərbaycan  Assosiasiyası adından Sizə dərin təşəkkürümü bildirirəm.

Qurultayın Şuşa şəhərində keçirilməsi bütün dünya azərbnyacanlıları üçün qürurverici hadisə oldu. Bu qurultayda Avstraliyada yaşayan azərbaycanlıları, həmçinin Güney azərbaycanlıları təmsil etməkdən şərəf duydum. Yüksək səviyyədə təşkil olunmuş möhtəşəm proqramlar və qonaqpərvərliyə görə sizə ən səmimi duyğularımla dərin minnətdarlığımı bildirirəm. Diaspora komitəsinin rəhbəri hörmətli Fuad Muradova da həmçinin təşəkkür edirəm. Gözəl xatirələrlə ayrıldığım  müqəddəs Şuşa şəhərinə olan bu tarixi ziyarəti heç zaman unutmayacam. Yüksək diplomatik bacarıqlarınız və baş komandanı olduğunuz rəşadətli ordumuzun qəhərəmanlıqları sayəsində işğaldan azad edilimiş gözəl Şuşamız Dünya Azərbaycanlılarının V qurultayı üçün seçilmiş ən ideal məkan idi. 55 Milyonluq azərbaycanlının timsalında, canlarını bu müqəddəs torpaqlarımız uğrunda fəda edən şəhidlərmizin ruhu qarşısında baş əyərək, bir daha Sizə, qurultayın təşkilində3 müstəsna rol aynamış Diaspora Komitəsinə və bütün dövlət qurumlarına minnətdarlığımı bildirirəm.

Azərbaycan Dövləti ve Qəhrəman Ordumuz var olsun!

Hörmətlə,

Mikayil Oyta 

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti

Avstraliya, Sidney şəhəri

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …