Cümə axşamı , Sentyabr 17 2026
azfa

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət edərək, ona həmin vəzifədə olduğu müddətdə Azərbaycan və türk icmaları ilə əməkdaşlığı və diqqəti üçün təşəkkürünü bildirib, həm də ona gələcək fəaliyyətində xoş arzularını çatdırıb.

Sayın Sara xanımın məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli baş konsul Bəlgin xanım Ərgünəş,

Avstraliyadakı diplomatik fəaliyyət müddətinizi uğurla başa vuraraq ölkəmizdən və Sidneydən ayrılmanız münasibətilə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Hüquqları Departamentinin rəhbəri olaraq, şəxsən öz adımdan və təşkilatımız adından Sizə ən səmimi təşəkkürlərimi və xoş arzularımı çatdırmaq istərdim.

Avstraliyada fəaliyyət göstərdiyiniz müddət ərzində nümayiş etdirdiyiniz uğurlu diplomatik fəaliyyət, yüksək səyləriniz və müxtəlif icmalarla qurduğunuz dəyərli münasibətlər, xüsusilə Sidney və Yeni Cənubi Uelsdə yaşayan Türkiyə və Azərbaycan icmaları, eləcə də Türk dünyası camiəsi tərəfindən böyük rəğbət və təqdirlə qarşılanmışdır.

Fəaliyyətiniz müddətində Türkiyə və Azərbaycan icmalarına göstərdiyiniz yaxın diqqət, dəstək və səmimi münasibətiniz iki qardaş ölkə arasındakı dostluq, həmrəylik və əməkdaşlığın Avstraliyada daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Bu fürsətdən istifadə edərək, Avstraliyadakı fəaliyyətiniz dövründə həyata keçirdiyiniz uğurlu işlərə və icmamıza verdiyiniz dəyərli töhfələrə görə həm şəxsən öz adımdan, həm də GADTB adından Sizə ürəkdən təşəkkür edirəm.

Yeni vəzifənizdə, eləcə də bundan sonrakı fəaliyyətinizdə Sizə böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Avstraliyada qoyduğunuz gözəl izlərin və qurduğunuz dəyərli dostluqların hər zaman xoş xatirələrlə yad ediləcəyinə inanıram.

Yolunuz və bəxtiniz açıq olsun!

Hörmətlə,

Sara Azarsun

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Qadın və İnsan Hüquqları Departamentinin sədri

Məktubun türkcəsini olduğu kimi təqdim edirik:

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …