
GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun İranda Güney Azərbaycanlıların İnsan Hüquqları və Öz Müqəddəratını Təyinetmə Hüququ ilə bağlı BMT və Avstraliya rəsmilərinə məktubla müraciət edib. İndi isə sayın Sara xanımın bu barədə Avstraliyanın Xarici işlər naziri Penni Vonqa məktubunü təqdim edirik:
İranda Güney Azərbaycanlıların İnsan Hüquqları və Öz Müqəddəratını Təyinetmə Hüququ
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) adından Sizə müraciət edərək, “İran” adlı dövlətdə, xüsusilə Güney Azərbaycan xalqına qarşı davam edən və getdikcə dərinləşən ağır insan hüquqları böhranına diqqətinizi cəlb etmək istəyirik.
İran çoxmillətli bir dövlətdir və burada 40 milyondan artıq Güney azərbaycanlı yaşayır. Bir əsrdən artıqdır ki, həm Pəhləvi monarxiyası, həm də hazırkı dini-molla rejimi dövründə Güney Azərbaycan işğal, sistemli ayrı-seçkilik və siyasi repressiyalara məruz qalmışdır. Güney azərbaycanlıların ana dilində təhsil almaq hüququ qadağan edilmiş, akademik və mədəni fəaliyyətləri ciddi şəkildə məhdudlaşdırılmış, ən əsas mədəni hüquqları əlindən alınmışdır.
Bununla yanaşı, Güney Azərbaycanda molla rejimin ayrı-seçkilik və dağıdıcı siyaəsti nəticəsində genişmiqyaslı ekoloji fəlakət yaşanır. Urmiya gölünün demək olar ki, tamamilə quruması, eləcə də faydalı qazıntıların və qızıl yataqlarının nəzarətsiz və talançı şəkildə istismarı ətraf mühiti məhv edir, ictimai sağlamlığa ciddi zərər vurur və yerli icmaların iqtisadi əsaslarını dağıdır.
İranın müxtəlif bölgələrində baş verən son ümummilli etirazlar — ağır iqtisadi böhran, kəskin inflyasiya və siyasi zülm səbəbilə — İran hakimiyyəti, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəddar zorakılıqla yatırılmışdır. Etibarlı mənbələr aşağıdakı halları sənədləşdirir:
* Mülki əhaliyə qarşı canlı güllələrdən istifadə
* Xəstəxanalar və universitetlərə hücumlar
* Özbaşına həbslər, işgəncələr və zorla yoxa çıxarmalar
Bu əməllər beynəlxalq insan hüquqları və humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Avstraliya Federal Parlamentini aşağıdakı addımları atmağa çağırırıq:
1. Güney Azərbaycan xalqının öz müqəddəratını təyin etmə hüququnu, o cümlədən İrandan müstəqillik istiqamətindəki legitim istəklərini tanımaq.
2. İran dövlətinin mülki əhaliyə və etnik xalqlara qarşı tətbiq etdiyi zorakılığı açıq şəkildə pisləmək.
3. İnsan hüquqlarının pozulmasına görə məsul şəxslərin beynəlxalq səviyyədə cavabdehlik daşımasına yönəlmiş mexanizmləri dəstəkləmək.
4. Ədalət, ekoloji mühafizə və mədəni-dil hüquqlarının qorunması uğrunda mübarizə aparan məzlum xalqlarla həmrəylik nümayiş etdirmək.
Təşkilatımız bu mövzu ilə maraqlanan Parlament üzvlərinə birbaşa brifinqlər təqdim etməyə və əlavə sənədlərlə təmin etməyə hazırdır.
Avstraliya insan hüquqları, demokratik dəyərlər və hüququn aliliyi sahəsində uzunmüddətli öhdəliklərə malikdir. Hörmətlə xahiş edirik ki, bu öhdəlik Güney Azərbaycan xalqına və İran daxilində sıxışdırılan digər xalqlara da şamil edilsin.
Hörmətlə,
Sara Azarsun
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
Beynəlxalq İnsan Hüquqları Departamentinin rəhbəri
Məktubun ingiliscə mətnini təqdim edirik:


GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi