Bazar , Oktyabr 18 2026
azfa

Sepah-a bağlı “Fatimiyyun” terror qrupu Suriyanın Deyr əz-Zor şəhərində hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, statistik məlumatlar göstərir ki, İrana bağlı iraqlı, əfqan və pakistanlı proksi qruplaşmarından ibarət 15 minə yaxın müharibə muzdlusu Suriyanın Deyr-əz-Zor, xüsusən də Əl-Bukəmal və Deyr əz-Zor arasındakı ərazidə fəaldır.

İran İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin komandanlığı altında Əfqanıstan vətəndaşlarından ibarət “Fatemiyyun briqadası”nın yaraqlıları Suriyanın Deyr əz-Zor bölgəsinin şərqində öz təsir zonalarında hərbi döyüşləri davam etdirirlər.

Suriya İnsan Haqları Monitorinq Təşkilatının məlumatına görə, bu yaraqlılar SEPAH zabitlərinin komandanlığı altında Fəratın qərbindəki Əl-Məyadin səhrasında, Deyr əz-Zorun şərq ətraflarında birbaşa toqquşmalar, habelə qısa və orta mənzilli top atışlar üçün yeni təlimlər keçirib.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …