Çərşənbə axşamı , İyun 30 2026
azfa

SEPAH-a bağlı media atom bombasının istehsalını İslam Respublikasının yeganə çıxış yolu hesab etdi

GADTB: İran İslam İnqilabının Keşikçiləri Korpusuna bağlı Fars Xəbər Agentliyi qeydində yazıb ki, İslam Respublikasının “yeni qlobal nizama keçid” dövründə hökumətə qarşı hərbi variantı müzakirə masasından çıxarmaq üçün nüvə bombası əldə etməkdən başqa çarəsi yoxdur.

Bazar günü “Atom bombası hazırlamaqdan başqa çarə yoxdur” başlığı ilə dərc olunan bu qeydə əsasən, İslam Respublikası “ehtiyac duyulan sabitliyə” nail olmaq üçün “nüvə çəkindiriciliyi” əldə etməlidir ki, digər ixtilafların danışıqlar yolu ilə həll edilə biləcəyinə əmin olsun.

Molla rejimin media orqanı vurğulayıb ki, yalnız belə bir şəraitdə “düzgün mövqedən” danışıqlar aparmaq mümkün olacaq.

İslam Respublikasının rəsmiləri dəfələrlə bəyan ediblər ki, Tehran Əli Xameneyinin “fətvası” səbəbindən atom bombası hazırlamaq niyyətində deyil və İran hökumətinin nüvə proqramı “sülhməramlıdır”.

Buna baxmayaraq, son illərdə rəsmilərin, hökumətə yaxın şəxslərin və bəzi rəsmi media orqanlarının İslam Respublikasının nüvə silahı hazırlamaq imkanları, “nüvə doktrinası”nın dəyişməsi ehtimalı və atom bombası hazırlamağa doğru irəliləməyin zərurəti ilə bağlı mövqelərində artım müşahidə olunur.

Həmçinin yoxlayın

Əhərin Əngird kəndinin gəncləri “Mehr Əsl” mədəninin fəaliyyətinə etiraz ediblər

GADTB: Əhərin Əngird kəndindən olan bir qrup gənc Mehr Əsl mədəninin girişində etiraz aksiyası keçirərək …

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında aclıq aksiyasına başlayıblar

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari bu gün, 8 …