Şənbə , Noyabr 27 2021
azfa

Sepah-ın Güney Azərbaycandan olan üzvləri Araz kənarı hərbi təlimdən imtina etmişlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran” Teleqram kanalına istinadən yaydığı məlumata görə, Sepah-ın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təlimlərə bilərəkdən və zorla cəlb etdiyi Sepahın-ın Güney Azərbaycandan olan üzvləri Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən İran yük maşınından yarım ton heroin aşkar edildikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Araz kənarına qoşun çəkərək öz soydaşlarına qarşı keçirilən manovra qatılmaqdan imtina ediblər.

Bu da İran silahlı qüvvələrində geniş narazılığın yaranmasına səbəb olub. Ona görə, Sepah-ın komandanlığı hərbi təlimə İranda yaşayan başqa xalqların nümayəndələrini cəlb etməyə məcbur olub.

Habelə həlimlərdə iştirak edən qüvvələr arasında atışma baş verib, canlı qüvvə arasında çox sayda ölən və yaralanın olduğu, habelə hərbi texnika və hərbi təchizatın itirildiyi bildirilir.

Beləliklə, İslam İnqilabı Keşikçilər Korpusu-Sepah-ın siyasi təbliğat və Azərbaycana mesaj məqsədi güdən hərbi təlimi faciə və uğursuzluqla, eləcə də nəzərdə tutulan məqsədlərə çatmadan yarımçıq dayandırılıb.

Əldə etdiyimiz məlumatlarda İran ordusunda kütləvi narazılığın və etirazların baş qaldırdığı xüsusilə vurğulanır.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …