GADTB: Dünən SEPAH-ın keçmiş baş komandanı, hazırda İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi “X” hesabında paylaşım edərək Rusiya dövlətini tənqid edib.
“Rusiya rəsmilərinin Zəngəzur dəhlizi və Fars körfəzindəki üç ada ilə bağlı davranışı qəbuledilməzdir və onların İranla dostluq və strateji münasibətlər haqqında bəyanatları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Bu qeyri-müəyyənliklər aradan qaldırılmalıdır”, – deyə, Möhsün Rzayi yazıb./ Azad İran