GADTB: SEPAH-ın rus dilində yayımlanan “Telegram” kanalı yazır ki, İran Zəngəzur dəhlizi deyilən tələyə düşməmək kimi mürəkkəb məsələ ilə üzləşib.
Kanalda İranın xarici işlər naziri Abbas Əraqçıdan sitat gətirilərək yazılıb: “İran XİN-in başçısı Seyid Abbas Əraqçı nəinki ölkənin ərazi bütövlüyünü qoruyub saxlamalı, həm də, İran üçün həyati əhəmiyyət daşıyan Ermənistanla sərhədlərin açıq qalmasını təmin etməlidir. Eyni zamanda İranın Türkiyə, Rusiya və Bakı ilə dostluq münasibətlərinin pozulmasına yol verməyən hərəkət etməlidir… İslam inqilabının lideri mahiyyəti etibarilə İran əleyhinə olan “Turan dəhlizi” layihəsinə qarşı öz mövqeyini aydın ifadə edib. İran XİN Rusiya hakimiyyətinin son bəyanatları, Bakı ilə Ankaranın səylərinin fəallaşması fonunda bu planın reallaşmasının qarşısını almaq üçün qətiyyətlə və strateji hərəkət etməlidir”./ Azad İran