Şənbə , Oktyabr 3 2026
azfa

SEPAH mediasından etiraf: “44 günlük müharibə zamanı İran Ermənistana dəstək verib”

GADTB: Daim anti-Azərbaycan yazıları dərc edən SEPAH-a bağlı Bultan News saytı yazır: “Mayın 30-31-də İsrail prezidenti İsaak Hersoq Azərbaycanda rəsmi səfərdə olub. Müşahidəçilər iki ölkə prezidentlərinin Bakıda görüşünün rəmzi xarakter daşıdığını vurğulayır-ikitərəfli əlaqələrin əsasını qoyan prezidentlər Heydər Əliyev və Heim Hersoqun oğulları. Səfərin ilk günündə İsaak Hersoq İlham Əliyevlə öncə təkbətək görüşüb, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıb.

Son illərdə çox şey dəyişib; İsrail İbrahim paktını imzalayıb və bir sıra müsəlman ölkələri ilə əlaqələri bərpa edib, Türkiyə İsraillə diplomatik əlaqələrini canlandırıb.

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədə İran Ermənistana dəstək verib və bu kontekstdə Bakı-Tehran münasibətləri Azərbaycanın Tehrandakı səfirliyinə hücuma qədər gərginləşib. Bu da İsrail- Azərbaycan siyasi əməkdaşlığını aktivləşdirib…”./Azad İran

Həmçinin yoxlayın

ABŞ Yaxın Şərqə daha 7 hərbi gəmi və ən azı 9 min hərbçi göndərir

GADTB: ABŞ prezidenti Donald Trampın noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra İran İslam Respublikası rejiminə …

Yunis Jailə Azərbaycana qarşı müstəmləkəçi siyasətin nəticələrini etiraf edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Günü ilə …