Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Sepaha bağlı qəzeti İranın koronavirusdan ölənlərin sayını yeddi dəfə az elan etdiyinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Sepah terror təşkilatına bağlı olan  “Cavan” qəzeti yaydığı məlumatda İranın Covid-19 virusundan ölənlərin sayının rəsmi rəqəmlərdən 7 dəfə az elan etdiyinə etiraf etdi.

Qəzet Tehran Universitetinin Tibb Elmləri Universitetinin epidemoloqu professor Kuruş Helelkuyi Nainiyə istinadən qeyd edib ki, rəsmi rəqəmlərdə virus qurbanlarının sayı 100 min nəfərdən bir qədər çox elan edilir, halbuki bu rəqəm təxminən 700 min nəfərdir.

Xəbərdə bildirilir ki, 6-cı dalğanın başlanması isə həm ölkə, həm də siyasi sistem üçün təhlükəli olacaq.

Kuruş Naini bildirib ki, İrəc Hərirçinin dediklərinə əsaslanaraq koronavirusdan ölənlərin sayını 2.5- 3 dəfə artıq təxmin etmək olar, amma mən sizə deyirəm ki, bu rəqəm rəsmi statistikadan (amar) 7 dəfə çoxdur. O, bu rəqəmi bölgələr üzrə apardığı araşdırma nəticəsində əldə etdiyini deyib.

Qəzet İran hökumətinin koronavirusdan vəfat edənlərin sayı barədə saxta məlumatlar təqdim etməsi ilə bağlı Tehran üzrə Koronavirusla Mübarizə Qərargahının rəisi Əlirza Zalinin bir müddət öncə səsləndirdiyi fikirləri xatırladıb. Zali bildirmişdi ki, İran koronavirusdan ölənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatına yalan məlumatlar verib.

Qeyd edək ki, dünənə olan rəsmi rəqəmlərə əsasən, son 709 nəfərin ölmümü ilə İranda koronavirusdan həyatını itirənlərin ümumi sayı 103.357 min nəfərə çatıb.

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …