Cümə axşamı , Mart 28 2024
azfa

Sepaha bağlı saytda Azərbaycana qarşı sərsəm yazı: Bakı və Ankaranın “NATO-nun Turan dəhlizi” yaratmaq istəyinin pərdə arxası

GADTB: İranın “Təsnim” xəbər ajansı Tehran Universitetinin professoru, Hüquq və Siyasi Elmlər kafedrasının müəllimi Şiva Əlizadənin müsahibəsini dərc edib.

Xanım Əlizadə iddia edib: “Azərbaycan Respublikasının son iki ildəki davranışları göstərdi ki, Bakının prioriteti Qarabağın azad edilməsi deyil. Bakı və Ankara regionun sərhədlərini dəyişməyə can atırlar və İran Cənubi Qafqazda baş verənlərlə bağlı təcili addım atmalıdır”.

Professorun sözlərinə görə, İndi Laçın Ermənistan və Cənubi Qafqaz regionunun erməni əhalisi və təbii ki, 2020-ci ilin noyabr müharibəsindən sonra sülhməramlıların orada yerləşdiyi Rusiya üçün daha vacib olub. Amma Bakı və Ankaranın “saxta” Zəngəzur adından istifadə etdiyi və iranlı ekspert Əhməd Kazeminin bunu düzgün şəkildə NATO-nun Turan dəhlizi adlandırdığı dəhliz köhnə Britaniya-sionist planının bir hissəsidir və onun reallaşması İranın milli maraqlarına həmişəlik mənfi təsir edə bilər. Bu gün də İngiltərə, sionist rejim və ABŞ geosiyasi əhəmiyyəti azaltmaq, İranı məhdudlaşdırmaq və İran, Rusiya və Çinin mənafeyinə zərbə vurmaq üçün illüziya olan Turan dəhlizinin gerçəkləşməsini istəyirlər. Bakı və Ankara dünyanın türkdilli xalqlarını birləşdirən layihənin əsas marionetləridir və təbii ki, bu yolla ciddi iqtisadi qazanc əldə edirlər.

Uydurma mülahizələr irəli sürən Əlizadə habelə bildirib: “Turan dəhlizi Sünik (Zəngəzur) vilayətini Ermənistandan ayırmaqla Ermənistanı tarixi nəfəslik rolu oynayan İran yolundan məhrum edir və bu, bir neçə min illik tarixin eyni yoludur. İranın ali lideri Ərdoğanla görüşdə həmin yolun qorunub saxlanmasının vacibliyini açıq şəkildə vurğulayıb. Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla bağlı yürütdüyü siyasətlə Ermənistanın iqtisadi əriməsinin növbəti mərhələsinin bu iki ölkədən iqtisadi asılılığı (unutmayın ki, Ermənistanın digər qonşusu Gürcüstan daha çox Bakıdan və Ankaradan iqtisadi asılıdır) nəticəsində Cənubi Qafqazda erməni mədəniyyətinin və kimliyinin əriməsinə və yox olmasına səbəb olacaq”.

“İran İslam Respublikasının Bosniya və Herseqovinanın məzlum və müsəlman xalqının müdafiəsində iştirak təcrübəsini unutmaq olmaz. İndi də İran öz sərhədləri yaxınlığında, müxtəlif maraqlı dövlətlərin taktiki və strateji oyunlarından, baş verən psixoloji və media oyunlarından asılı olmayaraq, regionun və sərhədlərimizin geosiyasətindəki dəyişikliyə qarşı möhkəm dayanacaq və ölkəmizin prinsipial həll siyasətinə arxalanaraq və regional problemlərin həllində üç Qafqaz ölkəsinin və üç periferik qonşunun, yəni İran, Türkiyə və Rusiyanın iştirakı ilə Amerika, sionist rejim və s. kimi xarici aktyorların hər hansı müdaxiləsinə və fitnəsinə qarşı çıxacaq”,-deyə o, absurd fikirlərinə davam edib./ Azad İran

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …