Şənbə , May 17 2025
azfa

Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Antonio Quterreşlə görüşdü

GADTB: Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar bildirib ki, beynəlxalq ictimaiyyət adada hazırda iki xalqın və iki ayrı demokratik dövlətin olması faktını qəbul etməlidir.

Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının qərargahında baş katib Antonio Quterreşlə görüşündən sonra mətbuata açıqlama verib.

Ersin Tatar Antonio  Quterreşlə keçirdiyi görüşdə danışıqları Krans Montanada qaldığı yerdən davam etdirməyəcəklərini ifadə edib.

E.Tatar Quterreşin Kıbrısdakı xüsusi nümayəndəsi Maria Anqela Holquin Cuelların səlahiyyət müddətinin yarısını tamamladığını xatırladıb və tərəflər arasında ortaq nöqtənin olub olmadığını qətiyyətlə araşdırdığını bildirib.

Quterreşə Kıbrısdakı türklərinin beynəlxalq ictimaiyyətin tətbiq etdiyi embarqo və təcriddən məyus olduğunu dediyini ifadə edən E.Tatar deyib: “Kıbrıs türklərini məhdudlaşdırmaq, onların iqtisadi inkişafına mane olmaq böyük ədalətsizlikdir”.

Ersin Tatar “görünməz əlin” Kıbrısdakı türkləri görməzdən gəldiyini və onları Kıbrıs Respublikasının bir parçası kimi göstərməyə çalışdığını ifadə edərək deyib: “Bu heç bir şəkildə qəbululedilməzdir”.

Kıbrısdakı türklərin 1960-cı ildə “Kıbrıs Respublikasının qurucu ortaqları” olduğunu xatırladan Ersin Tatar deyib:”Beynəlxalq ictimaiyyət hazırda adada iki xalq və iki ayrı demokratik dövlətin olduğunu qəbul etməlidir”.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …