Çərşənbə , Fevral 11 2026
azfa

Şimali Kipr TÜRKPA-ya müşahidəçi üzv seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı özünün “Twitter” hesabında məlumat yayıb.

“Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!” – deyə səfir qeyd edib.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …