Çərşənbə axşamı , Mart 10 2026
azfa

Şimali Koreya ilə müharibə başlayacağı ehtimalı artdı

ABŞ prezidenti Donald Tramp deyib ki, “Şimali Koreya məsələsi lazımi qaydada həll olunacaq”. O həmçinin İŞİD silahlılarının Suriya və İraqdan sıxışdırılıb çıxarıldığını bildirib. O deyib: “Bu çox gözəl xəbərdir. Pis xəbər isə onların digər ərazilərə keçmələridir”.

Şimali Koreya Xarici İşlər Nazirliyi Qaçılmaz müharibəyə hazırlaşdıqlarını bildirib. Məlumata görə, son zamanlar ABŞ Silahlı Qüvvələri Koreya yarımadası ətrafında indiyədək görünməmiş irimiqyaslı  hərbi təlimlər həyata keçirir, yüksək rütbəli siyasətçilər ardıcıl olaraq KXDR-ə qarşı sərt bəyanatlar səsləndirir.

Bununla bağlı Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “ Hədə və təhdidlərlə dolu bəyanatları xəbərdarlıq kimi qiymətləndirərək, müharibəyə hazırlaşmalıyıq. Müharibə arzulamasaq da, ondan gizlənən də deyilik. Hazırda ortada bir sual durur – müharibə nə vaxt başlayacaq”.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın