Bazar , Oktyabr 18 2026
azfa

Sina Yusifi: Azərbaycanlı siyasi məhbus Armita Pavir zindanda müstəntiqin göstərişi ilə qəsdən döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Armita Pavir Təbriz zindanında müstəntiqin göstərişi ilə qəsdən döyülüb.

Azərbaycanlı vəkil Sina Yusifi bununla bağlı açıqlama verib.

Yusifi “X” hesabında yazıb ki, 2 il öncəki etirazlar zamanı təhlükəsizliklə bağlı işlərə baxan 11-ci şöbənin təhqiqatçısı olan İrəc Hemməti etirazçılara qarşı repressiv hərəkətləri sayəsində müstəntiq vəzifəsinə yüksəlib və onun göstərişi ilə Süməyyə Qəfuri adlı icra məmuru Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Armita Paviri ölüm həddinə çatanadək döyüb.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …