
GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik yerini dəyişərək şəhərin başqa bir yerində möhtəşəm şənlik mərasimi keçiriblər.
Yayımlanan videoda traktor bayraqları, Qaşqay mədəni bannerləri və simvolik geyimləri olan bir qrup Qaşqay gənci başqa bir açıq məkanda fanat mahnıları, ənənəvi musiqilər ifa edib və musiqi alətləri ilə rəqs ediblər. Rrəqsə qoşulan qadınlar da İran rejiminin məcburi hicab qanununa etiraz olaraq mədəni itaətsizlik kampaniyasına dəstək veriblər.
Şənlik mərasimi İran adlanan yerdə türklərin hamısının birlik və həmrəyliyini nümayiş etdirib.
Şənlik açıq səma altında, yüzlərlə insanın iştirak etdiyi məkanda tam əmin-amanlıq şəraitində keçirildiyi bildirilir.