Çərşənbə , Noyabr 11 2026
azfa

Sircanda Azərbaycanın “Traxtur” komandası tarixi qələbə qazandı

GADTB: Azərbaycanın “Traxtur” futbol komandası möhtəşəm oyunla ev sahibi “Qol-Göhr Sircən” klubunu 5:0 hesabı ilə məğlub edib. Bu qələbə İran Premyer Liqasının 8-ci turu çərçivəsində Sircən stadionunda baş tutub və cari mövsümün ən böyük hesablı nəticələrindən biri kimi tarixə düşüb.

Oyun zamanı Əmirhüseyn Hüseynzadə üç qol vuraraq “Traxtur”un qələbəsində əsas rol oynayıb və bombardirlər siyahısında yenidən zirvəyə yüksəlib. Komandanın digər iki qolunu isə Reci Luzekia və Məsud Zair Kazemini vurublar. Draqan Skociçin rəhbərliyi altında “Traxtur” kollektivi hücum yönümlü və nizamlı oyunu ilə rəqibini darmadağın edərək çempionluq uğrunda mübarizədə iddialarını artırıb.

Bu qarşılaşma “Traxtur”un tarixi qüdrətini bir daha xatırlatdı. Azarkeşlərinin güclü dəstəyi ilə komanda bir daha sübut etdi ki, o, Azərbaycan futbolunun simvoludur. “Qol-Göhr”in baş məşqçisi Mehdi Tərtər isə bu məğlubiyyəti “məşqçilik karyerasının ən acı günlərindən biri” adlandırıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …